27 sentyabr 2014–cü ildə “27 sentyabr Beynəlxalq Turizm günü” ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqlarda, muzeylərdə “açıq qapı” günü elan edilir. Hər il olduğu kimi bu əlamətdar günlərdə “Keşikçidağ Dövlət Tarix-mədəniyyət” qoruğuda Ağstafa rayon Muğanlı kənd orta məktəblilərindən ibarət Keşikçidağ mağaralar kompleksinə ekskursiya və yürüşlər təşkil olunmuşdur. “Keşikçidağ” Dövlət tarix – mədəniyyət qoruğu və Mədəniyyət və Turizm Nazirliyinin loqosunu özündə əks etdirən köynək, papaqlar, və bukletlər məktəblilərə paylanmışdır.