“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında 31 mart soyqırımına həsr olunmuş dəyirmi masa keçirilmişdir. Qoruq əməkdaşları çıxış edərək Azərbaycan xalqına qarşı zaman-zaman törədilmiş vəhşiliklərdən bəhs etmişlər. Həmçinin 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğu, əllərinə düşən fürsətdən istifadə edən ermənilərin uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdiyi, diri-diri yandırdıqları, bunlarla yanaşı milli memarlıq incilərini və abidələri dağıtmaları vurğulanmışdır. Sonda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.