30 mart 2022-ci il tarixində Gəncə Dövlət tarix-mədəniyyət qoruğunun nəzdində fəaliyyət göstərən Nizami məqbərə kompleksinin ZOOM platformasında təşkil etdikləri “31 mart-tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı onlayn seminarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da iştirak etmiş, həmçinin qoruğun aparıcı elmi işçisi Firuzə Məmmədova “31 mart soyqırımı və dağıdılmış tarix-mədəniyyət abidələrimiz” adlı məqalə ilə çıxış etmişdir.