Əsrarəngiz gözəlliklərlə dolu, sirli-soraqlı tariximizə – Keşikçidağ mağaralar kompleksinin ərazisinə çəkilən yeni yolun asfalt örtüyünün vurulması işləri uğurla davam etdirilir.
“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.