Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli“Azərbaycanlıların soyqırımı haqqında” fərmana əsasən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Bu gün “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda 31 Mart soyqırımına həsr olunmuş onlayn seminar keçirilmiş və əməkdaşlar çıxış edərək öz fikirlərini
bölüşmüşlər.