23 May tarixində Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitunun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə əraziyə ilkin baxış keçirmiş, qoruğumuzun gələcək fəaliyyəti ilə bağlı birgə fikir mübadiləsi aparılmışdır.
“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.