Skip to content
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda təşkil olunmuş açıq qapı günü çərçivəsində Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin gənc könüllüləri qoruğun inzibati binasında olmuşlar. 20 Apr,2026 Açıq qapı günü çərçivəsində Ağstafa şəhər Ə.Hüseynov adına 1nömrəli tam orta məktəbin şagirdləri qoruğun inzibati binasında yaradılmış və Ceyrançöldə, Keşikçidağ Kurqanlar Vadisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələrindən ibarət kiçik muzey tipli stendlə tanış olmuşlar. 20 Apr,2026 18 aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər günü"münasibətilə"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları Ağstafa rayonunda yerləşən Ağalıqtəpə yaşayış məskəni ərazisinə elmi ekskursiya həyata keçirmişlər. 18 Apr,2026 18 aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə ölkənin bütün tarix-mədəniyyət qoruqlarında olduğu kimi, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda da açıq qapı günü təşkil olunmuşdur. 18 Apr,2026 “18 aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə təşkil olunmuş açıq qapı günü çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva və müstəqil tədqiqatçı Faiq Nəsibov çıxış etmişlər. 18 Apr,2026 Bu əlamətdar gün münasibətilə Bakı şəhərindən gəlmiş bir qrup ziyarətçi “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində ekskursiyada olmuşdur. 18 Apr,2026 Konfransın ikinci günü çərçivəsində iştirakçılar üçün Ağstafa rayonu ərazisində yerləşən, bölgənin mühüm arxeoloji abidələrindən biri olan Ağalıqtəpə yaşayış məskəninə elmi tur təşkil edilmişdir. 16 Apr,2026 13-14 aprel 2026-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Ağstafa rayon İcra Hakimiyyəti, “Avey” Dövlət tarix-mədəniyyət qoruğu və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, paleolitşünas, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə və 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Gəncə-Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqininin aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilmişdir. 15 Apr,2026 13–14 aprel 2026-cı il tarixlərində görkəmli alim, paleolitşünas, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə və “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş, Mansur Mansurovun iştirakı ilə uzun illər ərzində formalaşmış elmi ənənələrin davamı kimi “Gəncə-Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. 06 Apr,2026 24.03.2026-cı il tarixində Bakı şəhərindən gələn bir qrup turist “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində təşkil olunmuş ekskursiyada iştirak etmişdir. 06 Apr,2026