03.02. 2018. Qoruq ərazisində yerləşən abidələrin üzərində qeydiyyata alınması məqsədilə qeyri-peşəkar şəkildə boya ilə yazılmış rəqəmlər qoruq əməkdaşları tərəfindən silinmiş, abidə haqqında qısa məlumatlar olan yeni löhvələr ilə əvəzlənmişdir.
“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.