The project "Scientific Archaeological Excavations and Summer School 6 in Keshikchidagh", implemented in partnership with the Institute of Archaeology and Anthropology of ANAS, continues on the territory of the "Keshikchidagh" State Historical and Cultural Reserve, which is under the management of the State Service for Protection, Development and Restoration of Cultural Heritage under the Ministry of Culture.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində AMEA Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi 6” layihəsi davam etdirilir.


Layihə çərçivəsində Sarıyoxuş kurqanların da aparılan arxeoloji qazıntılar zamanı zəngin maddi-mədəniyyət nümunələri ilə yanaşı, çoxsaylı fraqmentləşmiş saxsı qab nümunələri də aşkar olunur. Bu keramika fraqmentlərinin bərpa və konservasiya işləri qoruğun əməkdaşı Fazilə Hüseynova tərəfindən həyata keçirilir. Bərpa prosesi zamanı nümunələrin qorunması və mümkün olduğu hallarda ilkin formasının bərpası əsas məqsəd daşıyır. Keramika nümunələrinin bərpası və konservasiyası arxeoloji tapıntıların tarixi və elmi əhəmiyyətinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bərpa işləri tamamlanan nümunələr qoruğun fonduna daxil edilərək mühafizə olunur və gələcək elmi tədqiqatlar üçün qorunub saxlanılır.

Spread the love