Qazaxıstan Respublikasının “Ejelgi Taraz” Dövlət tarix-mədəniyyət muzey-qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində AMEA Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi – 6” layihəsi çərçivəsində əldə olunan elmi nəticələr münasibətilə təbrik videosu ünvanlayıb.
Videomüraciətdə layihənin elmi əhəmiyyəti, arxeoloji tədqiqatların tarixi-mədəni irsin öyrənilməsi və təbliğindəki rolu vurğulanıb, eləcə də layihənin iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Bu təşəbbüs iki qoruğun tarix-mədəniyyət irsinin qorunması və tədqiqi sahəsində əməkdaşlığın, elmi əlaqələrin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini bir daha ön plana çıxarır.
