5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi adından qoruğun ərazisində həyata keçirilən “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi” layihəsində, eləcə də müxtəlif intellektual yarış və maarifləndirici tədbirlərdə fəal iştirak edən dəyərli müəllimlərimiz daxil olmaqla bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Keşikçidağ qoruğunda keçirilən elmi arxeoloji qazıntılar və Yay Məktəbi layihələrində müəllimlərin iştirakı, onların şagird və tələbələrin tarixi-arxeoloji irslə daha yaxından tanış olmasına, arxeoloji tədqiqat prosesini yerində izləməsinə və mədəni irsin qorunmasının əhəmiyyətini daha dərindən dərk etməsinə imkan yaradır. Eyni zamanda, qoruğun təşkil etdiyi intellektual yarışlar və digər maarifləndirici tədbirlərdə müəllimlərin fəal iştirakı elm, təhsil, tarix və mədəni irs arasında əlaqələrin gücləndirilməsinə xidmət edir.Bütün müəllimlərimizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı, pedaqoji fəaliyyətinizdə uğurlar, yeni nailiyyətlər və yetişdirdiyiniz gənc nəslin uğurlarından daim qürur duymağı arzulayırıq!
Bayramınız mübarək, dəyərli müəllimlər!
