Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər arasında “Zəka memarı” adlı intellektual yarış keçirilib.
