Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi – 6” Layihəsi çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun rəhbərliyi ilə Sarıyoxuş dərəsi 4 saylı kurqanda arxeoloji qazıntı işləri həyata keçirilir.
Tədqiqatların ilkin mərhələsində kurqanın səthi və konstruktiv quruluşu öyrənilib, qazıntı sahəsinin hazırlanması və arxeoloji təbəqələrin müəyyənləşdirilməsi istiqamətində işlər görülüb.
Təqdim olunan videoçarxda Sarıyoxuş dərəsi 4 saylı kurqanda aparılan tədqiqat prosesinin gedişi və sahədəki ilkin arxeoloji işlər əks olunur.
