23–25 iyul 2026-cı il tarixlərində Şuşa şəhərində keçirilən “4-cü Beynəlxalq Elmi Tədqiqat Konfransı”nda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları “Keşikçidağ kurqanları: dəfn ənənələri, maddi mədəniyyət nümunələri və regional əlaqələr” adlı elmi məqalə ilə iştirak etmişlər.
Məqalədə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən kurqanların arxeoloji xüsusiyyətləri, dəfn adətləri, qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri və bu tapıntıların Cənubi Qafqazın digər arxeoloji abidələri ilə regional əlaqələri elmi faktlar əsasında təhlil edilmişdir. Konfransın sonunda təqdim etdikləri elmi məqaləyə görə qoruğun nümayəndələri təşkilatçılar tərəfindən sertifikatlarla təltif olunmuşlar.
