23–25 iyul 2026-cı il tarixlərində Şuşa şəhərində keçirilən "4-cü Beynəlxalq Elmi Tədqiqat Konfransı"nda "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları iştirak etmişlər.

23–25 iyul 2026-cı il tarixlərində Şuşa şəhərində keçirilən “4-cü Beynəlxalq Elmi Tədqiqat Konfransı”nda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş”Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları Musa Mursaquliyev, Fazilə Hüseynova və Mələknisə Mehdiyeva “Keşikçidağın Memarlıq Tipologiyası və Landşaft Şəhərsalma” adlı elmi məqalə ilə iştirak etmişlər.


Məqalədə Keşikçidağın memarlıq və landşaft xüsusiyyətləri, tarixi-mədəni irsinin elmi əhəmiyyəti və qorunmasının vacibliyi təhlil edilmişdir. Konfransın sonunda təqdim etdikləri elmi məqaləyə görə qoruğun nümayəndələri təşkilatçılar tərəfindən sertifikatlarla təltif olunmuşlar.

Spread the love