Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının Tavatəpə yaşayış məskəninə səfəri çərçivəsində hazırlanan videomaterialda ərazidə aparılan arxeoloji tədqiqatlar barədə həm qazıntılara rəhbərlik edən mütəxəssislərin, həm də qoruğun əməkdaşlarının fikirlərinə yer verilib.
Müsahibələrdə Tavatəpənin elmi əhəmiyyəti, əldə olunan nəticələr və tədqiqatların Azərbaycan arxeologiyasına verdiyi töhfələr haqqında ətraflı məlumat təqdim olunur.
