Bölgəmizdə qədim daş dövrünün öyrənilməsi istiqamətində genişmiqyaslı elmi tədqiqatlar aparmaq məqsədilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları Azad Zeynalov və Yaqub Məmmədov Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğuna ezam olunmuşlar.

Bölgəmizdə qədim daş dövrünün öyrənilməsi istiqamətində genişmiqyaslı elmi tədqiqatlar aparmaq məqsədilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları Azad Zeynalov və Yaqub Məmmədov Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna ezam olunmuşlar.
Bununla bağlı AMEA-nın alimləri ilə birgə ərazidə hansı istiqamətdə tədqiqatların aparılması mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada qoruq ərazisində həyata keçirilən araşdırmalar, aşkar edilən maddi-mədəniyyət nümunələri, qədim yaşayış məskənləri və daş dövrü insanlarının fəaliyyət izləri barədə geniş fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, tədqiqat sahələrinin dəqiq koordinatlarının müəyyənləşdirilməsi, gələcək tədqiqat istiqamətlərinin planlaşdırılması və əldə olunan məlumatların elmi dövriyyəyə daxil edilməsi məsələləri müzakirə olunmuşdur.
Qeyd edilmişdir ki, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisi təkcə orta əsr dini-memarlıq abidələri ilə deyil, həm də qədim daş dövründən başlayaraq sonrakı tarixi mərhələləri özündə əks etdirən zəngin arxeoloji təbəqəyə malikdir. Bu baxımdan, burada aparılan tədqiqatlar Azərbaycanın ən qədim insan məskunlaşması prosesinin öyrənilməsi və regionun tarixi inkişaf mərhələlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Gözlənilən nəticələr sırasında qoruq ərazisində qədim daş dövrünə aid yeni arxeoloji məkanların sistemli şəkildə qeydə alınması, elmi xəritələşdirmə işlərinin aparılması, əldə olunan materialların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi və Keşikçidağın Azərbaycanın qədim insan məskunlaşma areallarından biri kimi elmi əhəmiyyətinin daha da artırılması xüsusi vurğulanmışdır.

Spread the love