Bakı şəhərində keçirilən Dünya Şəhərsalma Forumu – World Urban Forum 13 (WUF 13) çərçivəsində bir qrup ziyarətçi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunu ziyarət etmişdir.

Səfər çərçivəsində iştirakçılar ilk olaraq Ceyrançöldə, Keşikçidağ Kurqanlar Vadisində yerləşən arxeoloji abidələri, qədim yaşayış məskənləri və regionun erkən məskunlaşma tarixini əks etdirən maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olmuşlar. Daha sonra qonaqlar “İlham Əliyev adına zirvə”, bu istiqamətdə yerləşən mağaralar, onların divar və tavanlarında qorunub saxlanılmış freskalar, su quyuları, ərzaq anbarlarına baxış keçirmişlər.
Qoruq ərazisində mövcud olan bu tarixi-memarlıq nümunələri qədim insanların yaşayış tərzini, təsərrüfat fəaliyyətini və təbii landşaftla uyğun şəkildə formalaşdırılmış ilkin şəhərsalma ənənələrini əks etdirən mühüm elmi mənbələrdən hesab olunur. Qaya massivləri üzərində qurulmuş yaşayış kompleksləri, su təminatı sistemi və təsərrüfat infrastrukturu Keşikçidağın qədim dövrlərdə mühüm yaşayış, dini və mədəniyyət mərkəzlərindən biri olduğunu təsdiqləyir. Səfər iştirakçılarına qoruğun arxeoloji potensialı, memarlıq xüsusiyyətləri, qədim yaşayış məkanlarının urbanizasiya tarixinin öyrənilməsində rolu, eləcə də Qafqaz regionunun maddi-mədəni irs sistemində tutduğu əhəmiyyət barədə ətraflı məlumat verilmişdir.

Spread the love