18 May “Beynəlxalq Muzeylər Günü” münasibətilə Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbinin şagirdləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında olmuşlar.
Ekskursiya çərçivəsində məktəblilər Keşikçidağ Kurqanlar Vadisində aparılmış arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələrindən ibarət kiçik muzey tipli ekspozisiya ilə yaxından tanış olmuş, qoruğun zəngin tarixi-arxeoloji irsi barədə ətraflı məlumat əldə etmişlər.
Qoruq əməkdaşları tərəfindən şagirdlərə qədim yaşayış və dəfn mədəniyyəti, kurqanların elmi əhəmiyyəti, eləcə də aşkar edilmiş artefaktların Azərbaycan tarixinin öyrənilməsində rolu haqqında geniş məlumat verilmişdir. Ekskursiyanın əsas məqsədi məktəblilərdə milli-mədəni irsə marağın artırılması, tarix və arxeologiyaya elmi yanaşmanın formalaşdırılması, həmçinin muzey və qoruqların maarifləndirici funksiyasının təbliği olmuşdur.
