Qoruq ərazisi Gürcüstan Respublikası ilə sərhəddə yerləşdiyinə görə əraziyə buraxılış üçün Dövlət Sərhəd Xidməti tərəfindən rəsmi qaydada icazə almaq lazımdır və ancaq bundan sonra qoruq ərazisinin bir hissəsinə - Keşikçidağ kurqanlar vadisinə və "İlham Əliyev adına zirvə" istiqamətində yerləşən mağaralara giriş üçün iticket.az saytından bilet alınması tövsiyə olunur.

️ “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan tarix-mədəniyyət qoruqlarında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri haqqında” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kollegiyasının 07.04.2026-cı il tarixli 3-24\3-3-KQ-2\2026 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə ziyarətin daha səmərəli təşkili, mədəni irs nümunələrinin qorunması və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə qoruq ərazisinə giriş üçün bilet satışı təşkil olunacaqdır.
️ Qoruq ərazisinə giriş müəyyən edilmiş qaydalara uyğun olaraq yalnız bilet əsasında həyata keçiriləcəkdir. Bu qayda ziyarətçi axınının tənzimlənməsi, abidələrin mühafizəsi və ərazidə təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Bilet qiymətləri:
Yerli ziyarətçilər– 2 AZN
Xarici ziyarətçilər – 6 AZN
Tələbələr – 1 AZN
Ekskursiya xidmətləri (Azərbaycan dilində) – 3 AZN, əcnəbi dildə – 6 AZN
Avtoparkinq – 1 AZN
Bilet satışı, ziyarət şərtləri və tətbiq olunan qaydalar barədə ətraflı məlumatı iticket.az saytından əldə edə bilərsiz.
Qeyd : 1. Ziyarətçilərin qoruğa ekskursiya etmədən öncə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Ağstafa şəhəri Heydər Əliyev prospekti 10 ünvanında yerləşən inzibati binasından bələdçi ilə qoruğa səyahət etməyi tövsiyə olunur.
2. Şəhid ailələri, qazilər, müharibə veteranları, hərbi qulluqçular, hərbi məktəblərin müdavimləri ,I və II qrup əlillər, 18 yaşınadək uşaqlar, 12 yaşı tamam olmamış xarici vətəndaşlar üçün giriş ödənişsizdir (status təsdiq edən sənədlə).
3. Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması hər bir ziyarətçinin vətəndaşlıq məsuliyyəti hesab olunur. Bu baxımdan ziyarətçilərdən müəyyən edilmiş qaydalara ciddi riayət etmələri xahiş olunur.

Spread the love