2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ağstafa rayonunun 34 ümumtəhsil müəssisəsinin müəllimlərindən ibarət komandaları arasında intellektual bilik yarışması keçirilib.

Vurğun qəsəbə tam orta məktəbin idman zalında təşkil olunan tədbirin keçirilməsində əsas məqsəd memarlıq və şəhərsalma sahəsində biliklərin artırılması, bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi, eləcə də milli-mədəni dəyərlərin qorunması və təbliği prosesində müəllimlərin rolunun daha da möhkəmləndirilməsindən ibarət olub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Üç mərhələdən ibarət yarışda komandalara “Şəhərsalma və Memarlıq İli”, mədəni irsin daşıyıcıları olan tarixi abidələr, onların qorunması və təbliği mövzularını əhatə edən suallar təqdim olunub. Münsiflər heyətinin yekun rəyinə əsasən 1-ci yerə Qıraq Kəsəmən kənd tam orta məktəbin “Xocalı”, 2-ci yerə Vurğun qəsəbə tam orta məktəbin “Füzuli” və 3-cü yerə Köçəskər kənd 1 nömrəli tam orta məktəbin “Damcılı” komandaları layiq görülüblər. İntellektual tədbir ümumilikdə, memarlıq və şəhərsalma sahəsində biliklərin təşviqi, mədəni irsin qorunması ilə bağlı maarifləndirmənin gücləndirilməsi və təhsil ictimaiyyəti ilə mədəniyyət institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Spread the love