Baharın gəlişi, təbiətin oyanışı və Türk dünyasının ortaq mənəvi irsi olan Novruz bayramı ərəfəsində qardaş Qazaxıstan Respublikasının Tanbalı Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu tərəfindən Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu kollektivinə ünvanlanan səmimi təbriklər xalqlarımız arasındakı qədim dostluq və mənəvi bağlılığın parlaq təcəssümüdür.

Baharın gəlişi, təbiətin oyanışı və Türk dünyasının ortaq mənəvi irsi olan Novruz bayramı ərəfəsində qardaş Qazaxıstan Respublikasının Tanbalı Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu tərəfindən Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu kollektivinə ünvanlanan səmimi təbriklər xalqlarımız arasındakı qədim dostluq və mənəvi bağlılığın parlaq təcəssümüdür.Qayaüstü rəsmlərlə zəngin, bəşəriyyətin ilkin düşüncə və inanc izlərini yaşadan Tanbalının qədim irsi ilə Ceyrançölün qoynunda ucalan Keşikçidağın minillik yaddaşı bu baharda eyni ruhda qovuşaraq ortaq köklərimizin gücünü bir daha nümayiş etdirir. Baharın müjdəçisi olan Novruz bayramı ortaq dəyərlər üzərində formalaşan birliyimizi daha da möhkəmləndirir, xalqlarımız arasında dostluq körpülərini genişləndirir. Bu gün Tanbalı və Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruqları arasında mövcud olan əməkdaşlıq qarşılıqlı hörmətin, ortaq tarixə bağlılığın və gələcəyə yönəlmiş birgə layihələrin etibarlı təməlidir.

Spread the love