Qədim yurd yerimiz olan Ceyrançöldən – “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi adından xalqımızı milli birliyimizin və oyanışın rəmzi olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik!
Minilliklər boyu köçəri həyat tərzinin və türk dünyasının ortaq mədəni irsinin ayrılmaz hissəsi olan bu yerlərdə əsrlər boyu formalaşmış alaçıq (yurt) mədəniyyəti həyat tərzinin, təbiətlə vəhdətin və birliyin rəmzi kimi bu gün də yaşadılmaqdadır.
Tariximizin dərin qatlarından süzülüb gələn, ulu əcdadlarımızın bizə miras qoyduğu bu bahar bayramı hər bir evə ruzi-bərəkət, hər bir qəlbə sevinc gətirsin. Əsrlərin sınağından keçərək bu günümüzə qədər ucalan tarixi abidələrimiz kimi, milli dəyərlərimiz və adət-ənənələrimiz də hər zaman qorunsun və gələcək nəsillərə ötürülsün.
Bu bayram günlərində sizə möhkəm cansağlığı, ailə səadəti və doğma Azərbaycanımızın çiçəklənməsi naminə işlərinizdə uğurlar arzulayırıq. Qoy qədəm qoyan bahar fəsli ölkəmizə sülh, əmin-amanlıq və yeni-yeni zəfərlər bəxş etsin.
Novruz bayramınız mübarək olsun!
