Novruz bayramı münasibətilə Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ümumrayon tədbirində "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğu xüsusi alaçıqla iştirak etmişdir.

Novruz bayramı münasibətilə Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ümumrayon tədbirində “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğu xüsusi alaçıqla iştirak etmişdir.
Qoruq tərəfindən qurulan alaçıqda tərəkəmə həyat tərzi canlandırılıb. Alaçığın içi qədim xalçalarla bəzədilib, ortada isə ocaq yeri qurularaq köçəri həyatın ruhu əks etdirilib.
Bu alaçıq tədbir iştirakçılarının böyük marağına səbəb olub və ən çox diqqət çəkən guşələrdən biri kimi yadda qalıb.

Spread the love