26 Fevral – Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir. Bu qanlı hadisənin ildönümü ilə əlaqədar olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında anım xarakterli dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə Xocalı faciəsinin tarixi-siyasi konteksti və beynəlxalq hüquq baxımından qiymətləndirilməsi barədə çıxışlar edilmiş, hadisənin insanlıq əleyhinə cinayət kimi mahiyyəti vurğulanmışdır. Eyni zamanda, qurbanların xatirəsi ehtiramla yad olunmuş, tarixi həqiqətlərin elmi əsaslarla öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd edilmişdir.
