Tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən dövlət tarix-mədəniyyət qoruqlarının əməkdaşları iştirak etmişlər. Seminarın məqsədi Xocalı faciəsinin tarixi-siyasi mahiyyətinin elmi əsaslarla təhlili, beynəlxalq hüquq aspektlərinin dəyərləndirilməsi və milli yaddaşın qorunmasına töhfə vermək olmuşdur. Elmi seminarda “Zaqatala” Dövlət Tarix-Mədəniyyət və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları çıxış edərək faciənin tarixi və hüquqi aspektləri barədə məruzələr təqdim etmişlər.
