“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə 06.02.2026-cı il tarixində “Gəncə-Qazax bölgəsində orta əsr memarlıq izi” mövzusunda onlayn elmi seminar keçirilmişdir.
Seminarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən dövlət tarix-mədəniyyət qoruqlarının əməkdaşları iştirak etmişlər. Elmi seminar çərçivəsində “Gəncə”, “Qədim Şəmkir Şəhəri” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının əməkdaşları da məruzələrlə çıxış edərək Gəncə-Qazax bölgəsində mövcud olan orta əsr dövrünə aid memarlıq abidələrinin tarixi-mədəni əhəmiyyəti, elmi tədqiqi və mühafizəsi məsələləri barədə ətraflı məlumat vermişlər.
