15 yanvar 2026-cı il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə “Mədəni irsin qorunması və təbliğində tarix-mədəniyyət qoruqlarının rolu” mövzusunda onlayn elmi seminar keçirilmişdir.

Seminarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən dövlət tarix-mədəniyyət qoruqlarının əməkdaşları da iştirak etmişlər.Tədbirin əsas məqsədi tarix-mədəniyyət qoruqlarının mədəni irsin qorunması, elmi tədqiqi və ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətinin müzakirəsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması olmuşdur.
Elmi seminarda “Çıraqqala–Şabran”, “Gəncə” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının əməkdaşları çıxış edərək, müvafiq ərazilərdə aparılan mühafizə tədbirləri, elmi araşdırmalar və təbliğat mexanizmləri haqqında məruzələr təqdim etmişlər. Çıxışlarda tarix-mədəniyyət qoruqlarının milli mədəni irsin qorunmasında, eləcə də bu irsin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığı xüsusi vurğulanmışdır.

Spread the love