“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında qoruğun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında qoruğun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda arxeoloji və antropoloji tədqiqatların aktual istiqamətləri, qoruq ərazisində aparılan elmi araşdırmaların nəticələri, eləcə də maddi-mədəni irsin qorunması və elmi dövriyyəyə cəlb edilməsi məsələləri müzakirə olunmuşdur. Dəyirmi masada AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov, institutun böyük elmi işçisi, arxeoloq Lola Hüseynova, elmi işçi, antropoloq Ülkər Allahverdiyeva, həmçinin müstəqil tədqiqatçı Faiq Nəsibov iştirak edərək mövzu üzrə çıxış etmiş, Keşikçidağ arxeoloji kompleksinin elmi əhəmiyyəti, tədqiqat metodologiyası və perspektivləri barədə fikirlərini bölüşmüşlər.
İclas çərçivəsində qoruq ərazisində həyata keçirilən elmi layihələrin koordinasiyası, institutlararası əməkdaşlığın gücləndirilməsi, əldə olunan tədqiqat nəticələrinin beynəlxalq elmi platformalarda təqdim olunması və ictimaiyyətə çatdırılması məsələləri xüsusi diqqət mərkəzində olmuşdur.

Spread the love