Adı: İnkrustasiyalı gil qab
Aşkarlandığı yer: Yovşanlıdərə 7 saylı kurqan
Aşkarlandığı tarix: 05-30 iyun 2025-ci il
Dövrü: Orta tunc
Saxlandığı yer: “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun fondu
Boğaz və çiyin hissələrini əhatə edən zəngin ornamental quruluşa malik bu gil qabın inkrustasiya işləməsi son dərəcə incə texniki ustalıqla yerinə yetirilmişdir. Ornamentin əsasını nöqtəvari döymə və basma üsulu ilə formalaşdırılmış motivlər təşkil edir. Bu motivlərin daxili səthləri xüsusi mineral tərkibli ağ maddə ilə doldurularaq (minalanaraq) qabın dekorativ təsirini artıran kontrastlı bir kompozisiya yaradılmışdır. Belə inkrustasiya texnikası, adətən, əvvəlcədən oyulmuş və ya basma ilə açılmış ornament çalalarının inlay tipli ağ və ya açıq rəngli pasta maddəsi ilə doldurulması prinsipinə əsaslanır; bu zaman istifadə olunan maddə əksər hallarda kaolinit əsaslı gil, əhəng tərkibli mineral pasta və ya toz halına gətirilmiş yumşaq silikat komponentlərindən ibarət olur. Məhlul qabın bişirilməsi prosesində sabitləşərək ornamentin daxili səthində davamlı, parlaq və dekorativ effekt yaradır.
Qabın aşkar olunması konteksti də diqqətəlayiqdir. Artefakt kameranın cənub qurtaracağında, künc hissədə qoyulmuş vəziyyətdə tapılmış və qabın içi xırdabuynuzlu heyvanlara məxsus sümüklərlə dolu olmuşdur. Bu fakt nümunənin məişət təyinatından daha çox ritual-semantik funksiyaya malik ola biləcəyini, ehtimal ki, qurban və ya ərzaq ofrendası kimi istifadə edildiyini göstərir.
Terminoloji baxımdan “inkrustasiya” sözü latınca incrustatio ifadəsindən yaranmışdır və “örtmək, üzərinə qabıq və ya təbəqə çəkmək” mənasını verir. Arxeoloji ədəbiyyatda bu anlayış, əsasən, metal, daş və ya keramika məmulatlarının səthində əvvəlcədən hazırlanmış çalaların fərqli rəngli maddə ilə doldurulması texnikasını ifadə edir. Tunc dövrünə aid keramika nümunələrində inkrustasiya həm estetik təsiri artırmaq, həm də qabın sahibinin sosial-mədəni statusunu simvolik şəkildə vurğulamaq üçün geniş istifadə edilən texnoloji-metallurji ənənələrin bir hissəsi kimi dəyərləndirilir.
Name: Incrusted Ceramic Vessel
Findspot: Yovshanlidere, Kurgan No. 7
Date of Discovery: 30 May – 5 June 2025
Period: Middle Bronze Age
Current Location: Fund of the “Keshikchidagh” State Historical-Cultural Reserve
The incrustation work on this ceramic vessel-characterized by a rich ornamental arrangement covering the neck and shoulder areas-demonstrates exceptionally refined technical craftsmanship. The decoration consists primarily of motifs produced through point-punched and impressed techniques. The recessed surfaces of these motifs were filled (inlaid) with a special white, mineral-based substance, creating a strikingly contrasting composition that enhances the vessel’s visual effect.
This type of incrustation technique is generally based on the principle of filling pre-prepared grooves or impressions on the vessel’s surface with a light-colored paste of inlay character. The material used for the filling typically consists of kaolinite-based clay, lime-rich mineral paste, or finely powdered soft silicate components. During the firing process, this substance stabilizes within the ornament channels, producing a durable, lustrous, and aesthetically expressive decorative finish.
The context of the vessel’s discovery is equally noteworthy. The artifact was found placed in the southern extremity of the burial chamber, positioned in the corner, and its interior was filled with bones belonging to small ruminant animals. This circumstance suggests that the vessel likely served not merely a utilitarian domestic purpose but possessed a ritual–semantic function, presumably being used as a sacrificial or food-related offering.
From a terminological standpoint, the word incrustation derives from the Latin incrustatio, meaning “to cover, overlay, or apply a crust/layer.” In archaeological scholarship, the term denotes a technique in which pre-carved or impressed recesses on objects made of metal, stone, or ceramics are filled with a contrasting material. In Bronze Age ceramic traditions, incrustation is regarded as part of a broader set of technological and artistic practices aimed not only at enhancing the aesthetic appeal of the vessel but also at symbolically emphasizing the social or cultural status of its owner.
Название: Глиняный сосуд с инкрустацией
Место обнаружения: Курган № 7, Йовшанлыдeрe
Дата обнаружения: 30 мая – 5 июня 2025 г.
Период: Средний бронзовый век
Место хранения: Фонд Государственного историко-культурного заповедника «Кешикчидаг»
Глиняный сосуд, украшенный богатой орнаментальной композицией в области горла и плечиков, отличается исключительно тонкой техникой выполнения инкрустации. В основе орнамента лежат мотивы, сформированные при помощи точечного чеканения и тиснения. Внутренние поверхности этих мотивов были заполнены (инкрустированы) специальным минеральным белым составом, что создало выразительный контраст и усилило декоративный эффект изделия.
Указанная техника инкрустации, как правило, предполагает заполнение заранее вырезанных или тиснением сформированных углублений орнамента пастообразным материалом светлого или белого цвета по типу инлея. Применяемый наполнитель, как показывает анализ аналогий, чаще всего состоит из каолинитовой глины, минеральной известковой пасты или размолотых мягких силикатных компонентов. В процессе обжига сосуда данный состав стабилизируется, формируя внутри орнаментальных углублений стойкую, блестящую и визуально выразительную поверхность.
Контекст обнаружения артефакта также представляет особый интерес. Сосуд был найден в южной части погребальной камеры, в угловом секторе, причём его внутренняя часть была полностью заполнена костями мелкого рогатого скота. Этот факт позволяет предполагать, что изделие имело не столько бытовое, сколько ритуально-семантическое предназначение, вероятно, служа даром-офрендой или элементом жертвенного приношения.
С терминологической точки зрения слово «инкрустация» восходит к латинскому incrustatio, что означает «покрытие, наложение слоя, облицовка». В археологической литературе данный термин обозначает технику заполнения подготовленных углублений на поверхности металлических, каменных или керамических предметов веществом иного цвета. В керамике бронзового века инкрустация рассматривается как часть развитой технико-металлургической традиции, служившей не только декоративным целям, но и символическому подчёркиванию социально-культурного статуса владельца сосуда.
