“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun bu dəfəki qonaqları Qazax şəhərində fəaliyyət göstərən “Ümid” Nitq İnkişaf Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları olmuşdur.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun bu dəfəki qonaqları Qazax şəhərində fəaliyyət göstərən “Ümid” Nitq İnkişaf Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları olmuşdur. Tədbirin əsas məqsədi uşaqlarda tarixi-mədəni irsə marağın formalaşdırılması, onların sosial adaptasiyasının dəstəklənməsi və mədəni mühitdə fəal iştirak imkanlarının genişləndirilməsi olmuşdur.
Ekskursiya çərçivəsində iştirakçılar qoruğun inzibati binasında yaradılmış kiçik muzey tipli stendlə tanış edilmiş, Keşikçidağ ərazisinin tarixi mərhələləri, maddi-mədəniyyət nümunələri və arxeoloji irsi barədə məlumatlar təqdim olunmuşdur. Qoruğun əməkdaşları tərəfindən verilən izahlar uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğunlaşdırılmış şəkildə aparılmışdır.
Maarifləndirmə mərhələsindən sonra uşaqlar interaktiv fəaliyyətlərə cəlb olunmuş, dəyirmi masa formatında keçirilən yaradıcı məşğələlər zamanı rəngləmə fəaliyyəti həyata keçirilmiş və əyləncəli intellektual suallar vasitəsilə onların biliyi möhkəmləndirilmişdir. Tədbirin yekununda iştirakçıların hər birinə sertifikat və xatirə xarakterli hədiyyələr təqdim edilmişdir.
Görüş çay süfrəsi ətrafında səmimi ünsiyyət və xoş təəssüratlarla başa çatmışdır. Bu cür təşəbbüslər inklüziv təhsil və sosial inteqrasiya baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, uşaqlarda milli-mədəni irsə hörmət və bağlılıq hissinin formalaşdırılmasına töhfə verir.

Spread the love