27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən silsilə tədbirlər təşkil edilmişdir.
Belə ki, 24 sentyabr 2025-ci il tarixində Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının, Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin kollektivi və könüllülərin iştirakı ilə abadlıq aksiyası keçirilmişdir. Aksiya çərçivəsində Ağstafa rayon Şəhidlər Xiyabanında vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları ətrafında abadlıq və təmizlik işləri aparılmışdır. Məzar daşları diqqətlə təmizlənmiş, ətrafdakı yaşıllıq sahələri səliqəyə salınmış, gül və bitkilərə qulluq edilmişdir. Sonda aksiya iştirakçıları qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, məzarları üzərinə tər qərənfillər düzmüş və onların müqəddəs ruhları qarşısında baş əymişlər.




