“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən yol məlumat lövhələri və mağara məlumat lövhələri qoruq əməkdaşları tərəfindən mütəmadi olaraq yenilənir, həmçinin əlavə yeni lövhələr quraşdırılır. Xüsusi olaraq qeyd edilməlidir ki, yenilənmiş və yeni vurulan lövhələrdə QR kodlar da yerləşdirilmişdir. Bu QR kodlar vasitəsilə ziyarətçilər həm mağaralar, həm də aid olduğu digər ərazilər haqqında Azərbaycan, İngilis və Rus dillərində daha geniş və ətraflı məlumat əldə edə bilərlər. Bu təşəbbüs ziyarətçilərə qoruqla daha interaktiv və məlumatlı şəkildə tanış olmaq imkanı yaradır.