18 avqust 2025-ci il tarixində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kollektivi AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Tovuz rayonunda yerləşən Göytəpə yaşayış məskənində aparılan elmi tədqiqat və arxeoloji qazıntı prosesi ilə tanış olmuşlar. Qazıntılara rəhbərlik edən ekspedisiya rəhbərləri və arxeoloqlar tərəfindən qoruq əməkdaşlarına Neolit dövrünün bu mühüm yaşayış məskəni, onun tədqiqat istiqamətləri və əldə olunmuş elmi nəticələr barədə ətraflı məlumat verilmiş, həmçinin qarşılıqlı elmi fikir mübadiləsi aparılmışdır. Göytəpə yaşayış yeri yalnız Azərbaycan arxeologiyası üçün deyil, ümumilikdə Cənubi Qafqazın qədim mədəniyyət tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbə kimi çıxış edir. Burada aşkar edilən maddi-mədəniyyət nümunələri Neolit dövrünün təsərrüfat, məişət və sosial həyatını öyrənmək üçün dəyərli material verir.









