2025-ci il iyulun 22-də Azərbaycan Milli Mətbuatının 150 illiyi qeyd olunur. Bu əlamətdar tarix münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən media nümayəndələrinin fəaliyyəti xüsusi olaraq dəyərləndirilib. Qoruğun fəaliyyəti və mədəni irsin təbliğində göstərdikləri xidmətlərə görə AzTV-nin bölgə müxbiri Alməmməd Nəbiyev, AzTV-nin operatoru Elmar Qasımov, “Respublika” qəzetinin bölgə müxbiri Vəli Vəliyev, AZƏRTAC-ın bölgə müxbiri Ruslan Əhmədov, eləcə də ziyalı, jurnalist Firdovsi Heydərli fəxri fərman və hədiyyələrlə təltif olunublar. Bu təşəbbüs media və mədəniyyət sahələri arasında qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edir, milli irsin geniş ictimaiyyətə tanıdılmasında mühüm vasitə rolunu oynayır. Mətbuat nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi mədəni dəyərlərin qorunması və yayılmasında onların məsuliyyətinin və təsir imkanlarının artırılmasına təkan verir.






