30 iyun – 02 iyul 2025-ci il tarixlərində Mingəçevir şəhərində keçirilmiş “Nizami Gəncəvi Beynəlxalq Sosial və Humanitar Elmlər Konfransı”nda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da iştirak etmişlər. Konfrans çərçivəsində qoruq əməkdaşları elmi məqalələrlə çıxış edərək “Keşikçidağ”ın arxeoloji və tarixi əhəmiyyətini elmi əsaslarla iştirakçılara təqdim etmişlər. Məruzələrdə qoruğun tarixi qatlarının öyrənilməsi, arxeoloji qazıntıların nəticələri və mədəni irsin qorunmasının vacibliyi kimi mövzulara xüsusi diqqət yetirilmişdir. Tədbirin sonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarına elmi konfransda iştiraklarına görə sertifikatlar təqdim olunmuşdur. Bu cür beynəlxalq elmi platformalarda qoruğun təmsil olunması Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.










