Bölgənin aparıcı ali təhsil müəssisələrindən biri olan Bakı Dövlət Universitetinin Qazax filialının Tarix fakültəsinin tələbələri "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğuna elmi-praktik ekskursiyada iştirak etmişlər.

Bölgənin aparıcı ali təhsil müəssisələrindən biri olan Bakı Dövlət Universitetinin Qazax filialının Tarix fakültəsinin tələbələri “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna elmi-praktik ekskursiyada iştirak etmişlər. Ekskursiyanın əsas məqsədi tələbələrin Azərbaycan tarixi və mədəni irsi ilə daha yaxından tanış olmalarını təmin etmək, onların nəzəri biliklərini praktik mühitdə möhkəmləndirmək olmuşdur. Ekskursiya zamanı tələbələr qoruq ərazisində yerləşən “İlham Əliyev adına zirvə”, bu istiqamətdəki qədim mağaralar, mağara divar və tavanlarında əks olunmuş unikal freskalar, su quyuları və ərzaq anbarları ilə yaxından tanış olmuş, abidələrin tarixi, arxeoloji və memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat əldə etmişlər.

Spread the love