Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi–5” layihəsi uğurla davam etdirilir. 2025-ci il 18 iyun tarixində Qazax Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları və könüllüləri elmi-arxeoloji qazıntı sahəsinə ekskursiya etmişlər. Ekskursiya zamanı gənclər qazıntı sahəsində praktik fəaliyyətə cəlb edilərək ilkin tapıntıların səthdən çıxarılması prosesində iştirak etmiş, arxeoloji elmin əsas metodları ilə tanış olmuşlar.









