14.04.2025-ci il tarixində 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə bölgəmizdə arxeoloji qazıntı işləri aparan bir qrup yerli və xarici mütəxəssislərin iştirakı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisinə tur təşkil olunmuşdur. Tur çərçivəsində mütəxəssislər tərəfindən burada yerləşən, yeni aşkarlanmış, gələcəkdə tədqiqatlara cəlb ediləcək abidələrə baxış keçirilmiş və elmi tədqiqatlar barədə fikir mübadiləsi aparılmışdır.












