Skiflərə məxsus qızıldan zinət əşyası

Adı: Skiflərə məxsus qızıldan zinət əşyası
Tapıldığı yer: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi, Karvan dərəsi 2saylı kurqan
Aşkarlandığı tarix: 25.08.2024-05.10.2024-cü il
Dövrü: Son tunc-erkən dəmir dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)
Saxlandığı yer: “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun fondu
Bu qiymətli artefakt Karvan dərəsi 2 saylı kurqanından aşkarlanmışdır və onun qədimliyi ilə yanaşı, incə sənətkarlıq nümunəsi kimi də seçilir. Skif qadınları, döyüşkənlikləri ilə tanınmalarına baxmayaraq, zəriflik və incəliyi öz geyim və zinət əşyalarında da ifadə edirdilər. Onların sosial statusunun və mədəni dəyərlərinin əyani təcəssümü olan bu zinət əşyaları, eyni zamanda, o dövrün metalişləmə və zərgərlik biliklərinin yüksək səviyyədə olduğundan xəbər verir. Bu qızıldan zinət əşyaları, kurqanın gizli xəlvət yerində – “taynik” adlanan hissəsində aşkar edilmişdir. Taynik, çox vaxt yalnız seçkin şəxslərə və ya ailə üzvlərinə məxsus hesab edilən, gizli və qorunan bir bölmə kimi qiymətləndirilir. Belə bir kəşf, Skif cəmiyyətində mədəni və dini inancların, həmçinin o dünya üçün edilən hazırlıqların izlərini ortaya qoyur. Araşdırmalar göstərir ki, bu əşya, bədənin ölüm sonrası bəzədilməsi və ya o dünyaya keçidin qorunması məqsədi ilə də istifadə edilmiş ola bilər. Zinət əşyasının dizaynında istifadə olunan motivlər, dövrün dini inancları, mifologiyası və cəmiyyətin sosial strukturu haqqında dəyərli məlumatlar verir.

Name: Scythian Gold Ornament
Discovery Site and Date: Keshikchidagh Kurgan Valley – Karvan deresi Kurgan 2, September 2024
Period: Late Bronze – Early Iron Age, Khojaly-Gadabay Culture
Storage Location: Fund of “Keshikchidagh” State Historical-Cultural Reserve
This valuable artifact was discovered in Kurgan 2 of the Karvan deresi area and stands out not only for its antiquity but also as a fine example of ancient craftsmanship. Despite their warrior reputation, Scythian women expressed elegance and delicacy through their attire and jewelry. These ornaments served as tangible symbols of their social status and cultural values, while also reflecting the advanced metallurgical and goldsmithing skills of their time. The gold ornaments were found in a concealed section of the kurgan known as a “tainik,” a hidden chamber often reserved for elite individuals or family members. This discovery sheds light on Scythian cultural and religious beliefs, as well as the preparations made for the afterlife. Studies suggest that such ornaments might have been used for adorning the deceased or as protective elements in their passage to the next world. The motifs featured in the design provide valuable insights into the religious beliefs, mythology, and social structure of the era.

Название: Скифское золотое украшение
Место нахождения: Джейранчёль, Долина курганов Кешикчидаг, курган №2 в ущелье Карван
Дата обнаружения: 25.08.2024 – 05.10.2024
Период: Поздний бронзовый – ранний железный век (Культура Ходжалы-Гядябей)
Место хранения: Фонд Государственного историко-культурного заповедника «Кешикчидаг»
Этот ценнейший артефакт был обнаружен в кургане №2 в ущелье Карван. Он отличается не только древностью, но и высоким уровнем художественного мастерства. Несмотря на воинственный образ, скифские женщины выражали изящество и утончённость в своих нарядах и украшениях.
Золотые украшения являлись не только символом социального статуса и культурных ценностей, но и свидетельствовали о высоком уровне металлообработки и ювелирного дела той эпохи. Данное украшение было найдено в тайном укрытии кургана – так называемом «тайнике». Тайники, как правило, представляли собой скрытые, тщательно охраняемые отделения, предназначенные исключительно для знатных персон или членов их семей.
Это открытие даёт ценные сведения о культурных и религиозных представлениях скифского общества, а также о погребальных ритуалах и подготовке к загробной жизни. Исследования показывают, что данное украшение могло использоваться для посмертного облачения тела или в качестве защитного атрибута перехода в иной мир.
Орнаментальные мотивы, использованные в дизайне украшения, предоставляют важную информацию о религиозных верованиях, мифологии и социальной структуре скифского общества.

Spread the love