Adı: Ceyrançuxur kurqanı
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 15.08.2022-16.09.2022
Dövrü: Son tunc-erkən dəmir dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)
Arxeoloji qazıntıların aparıldığı Ceyrançuxur kurqanının diametri 21m, kameranın dərinliyi isə 3, 5m-dir. Kurqanın içərisində iki qəbirdə arxeoloji qazıntı sahəsi yaradılmışdır. Birinci qəbrin ölçüləri: eni 2m-uzunluğu 4m, ikinci qəbrin ölçüləri isə 1,8m-2,70sm-dir. Kurqanın ətrafındakı daşlar kromozin formalı düzülmüşdür ki, bu günəşi xatırladır. Bu daşlar kurqandan 20km aralıda yerləşən dağlardan gətirilmiş qaltan daşlarıdır ki, bu daşların daşınmasında çox güman ki taxta arabalardan istifadə olunmuşdur.



