23.09.2024-cü il tarixində bölgədə yaşayan gənclərin ali təhsil imkanlarını gücləndirən BDU Qazax filialının müəllim kollektivi, tələbə və magistrları "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aparılan arxeoloji qazıntılarla tanış olmaq məqsədilə burada olmuşlar.

23.09.2024-cü il tarixində bölgədə yaşayan gənclərin ali təhsil imkanlarını gücləndirən BDU Qazax filialının müəllim kollektivi, tələbə və magistrları “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aparılan arxeoloji qazıntılarla tanış olmaq məqsədilə burada olmuşlar. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə aparılan “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihə çərçivəsində gələcək tarixçilər, arxeoloqlar olacaq tələbələr arxeoloji qazıntı sahəsi və buradan əldə olunan artefaktlarla yaxından tanış olmuşlar. Qonaqlar bölgəmizin tarixi, mədəni irsi, abidələr, aparılan elmi-tədqiqatlar və arxeoloji qazıntılar barədə o cümlədən , gənclərin gələcək fəaliyyət istiqamətləri üzrə söhbətlər aparmışlar.

Spread the love