"Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisindəki kurqanlarda aparılmış arxeoloji qazıntılar nəticəsində çoxlu sayda zəngin maddi-mədəniyyət nümunələri aşkarlanmışdır.

“Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisindəki kurqanlarda aparılmış arxeoloji qazıntılar nəticəsində çoxlu sayda zəngin maddi-mədəniyyət nümunələri aşkarlanmışdır. Bu artefaktlar qoruq tərəfindən daim qorunur və nümayiş olunur. Bu istiqamətdə işlərin davamı olaraq AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, bərpaçı-rəssam Fərhad Fərmanov qoruğun inzibati binasında qoruğun fonduna daxil edilmiş arxeoloji materialların qrafik təsvirini hazırlayır.

Spread the love