29.07.2024-cü il tarixində AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və BDU-nun dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin iştirakı ilə “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun Elmi şuranın növbəti iclası təşkil olunmuşdur. Elmi şuranın iclasını ilk öncə “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev açaraq bildirmişdir ki, son dövrlər qoruq tərəfindən yerli və xarici mütəxəssislərin iştirakı ilə aparılan elmi-tədqiqat və arxeoloji qazıntı işləri daha da geniş vüsət almış, arxeologiya elmi üçün qiymətli nəticələr əldə olunmuşdur. Daha sonra “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun Elmi Şurasının qarşısında duran məsələlər o cümlədən arxeoloji qazıntıların yekunlarına dair elmi seminarın keçirilməsi barədə qarşılıqlı müzakirələr aparılmışdır.