“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları ekskursiyaçılar ilə bərabər qoruq ərazisində ən hündür nöqtə olan Ali Baş Komandanın şərəfinə adlandırılmış “İlham Əliyev zirvə” sinə yürüş etmişlər.

23 may 2016-cı il tarixində Mədəniyyət və Turizm Nazirliyinin, Ağstafa rayon İcra Hakimiyyətinin göstəriş və dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu öz ərazisində yerləşən maddi-mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi və təbliğ edilməsi məqsədilə 28 May Respublika Günü münasibətilə “Açıq qapı” günü və ekskursiya təşkil etmişdir. Bu ekskursiyaya Əmirxan Hüseynov adına Ağstafa şəhər 1 saylı orta məktəbinin müəllim və şagird kollektivi cəlb edilmişdir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları ekskursiyaçılar ilə bərabər qoruq ərazisində ən hündür nöqtə olan Ali Baş Komandanın şərəfinə adlandırılmış “İlham Əliyev zirvə” sinə yürüş etmişlər. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları şagirdlərə və tədbir iştirakçılarına bu ərazidə yerləşən abidələrimizin tarixi və bu günkü əhəmiyyəti, həmçinin öyrənilməsi istiqamətində gedən işlər haqqında və 28 May Respublika Gününün əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.

Spread the love