Masterklass

“Keşikçidağ” Dövlət tarix -mədəniyyət qoruğunun inzibati binasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurovun rəhbərliyi ilə elmi masterklass təşkil olunmuşdur. Qoruq əməkdaşlarının iştirakı ilə keçirilən bu masterklassda Mənsur Mənsurov Keşikçidağ mağaralar kompleksinin ərazisində aşkarlanan qədim açıq yaşayış düşərgələri haqqında geniş məlumat vermişdir.