Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar olaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib

Bu münasibət ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu “Nizami Gəncəvi irsində mədəni və əxlaqi dəyərlərin təbliği” adlı onlayn elmi seminar təşkil etmişdir. Seminarda “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçiləri, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dos.Təhminə Bədəlova, AMEA-nın N.Gəncəvi mərkəzinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə dok. Əlimuxtar Muxtarov, Gəncə Dövlət Tarix-Mədənniyyət qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova və eləcə də “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da qonaq qismində iştirak etmişlər.