Qoruğumuzun nadir incilərindən

Son tunc dövründə Keşikçidağ mağaralar kompleksinin ərazisində yaşayan qədim insanların təsərrüfat həyatında mühüm yer tutan gil məmulatları sırasında müxtəlif, kiçik həcmli, çoxlu sayda küplər vardır. Bu kiçik ölçülü bardaq boz rəngdə olub bişmiş gildən və narın qumdan hazırlanmışdır. Otiracaqdan gövdəyə tərəf getdikcə böyüyüb bikonik halını alır, boğaza tərəf getdikcə daralır, nisbətən geniş ağıza, qısa boğaza və dairəvi oturacağa malikdir. Ağız hissəsində iki yerdən sınığı vardır. Məişətdə ədviyyat təyinatlıdır.

Spread the love