Qoruğumuzun əməkdaşı "Ağstafanı seyr edək" adlı virtual fotomüsabiqənin qalibi oldu.

Qoruğumuzun əməkdaşı “Ağstafanı seyr edək” adlı virtual fotomüsabiqənin qalibi oldu.

06-17 avqust 2020-ci il tarixlərində Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağstafa rayon Gənclər və İdman İdarəsi , Yeni Azərbaycan Partiyasinin Ağstafa rayon təşkilatının Gənclər birliyi ilə birgə “Ağstafanı seyr edək” movzusunda yeniyetmə və gənclər arasında keçirilən virtual fotomüsabiqə elan edilmişdir. Yüz nəfərdən artıq iştirakçının qatıldığı müsabiqədə iki yüzdən artıq müxtəlif mövzularda fotoların seçimi aparılmış, münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilmişdir. Tədbirdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı Əhmədov Samir Binnət oğlu çəkdiyi, özündə Keşikçidağ mağaralar kompleksinin əsrarəngiz gözəlliyini əks etdirən foto ilə müsabiqənin qalibi elan olunmuşdur. Əməkdaşımız Ağstafa rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və hədiyyələrlə təltif edilmişdir. Müsabiqədə qoruğumuza aid fotonun qalib olması bizim uğurumuzdur.

Spread the love