"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları qan vermə aksiyasında.

Bu gün Ağstafa rayon Mərkəzi Xəstəxanasında növbəti könüllü qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun təşəbbüsü ilə qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının artırılması məqsədi ilə aksiyada iştirak edən könüllülər ilk öncə müayinədən keçiriliblər. Aksiyada “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da iştirak edərək qan vermişlər.